Bakıda mənzildən 86 yaşlı kişi meyiti tapılıb
Bakıda mənzillərin birindən 86 yaşlı kişinin meyiti tapılıb.
1news.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Xilasedicilər mənzilə baxış keçirərkən 1930-cu il təvəllüdlü Niyazi İsa oğlu Osmanovun vəfat etdiyi məlum olub. Xilaesdicilər vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.
1news.az
618