Azərbaycanda iyulun 3-də 63 cinayət faktı qeydə alınıb
Respublikanın daxili işlər orqanları tərəfindən iyulun 3-də 63 cinayət faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, onların da 20-si “isti izlər”lə açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 18 nəfər tutulub.
1news.az
395