Azərbaycanda itin dişlədiyi 10 yaşlı oğlan quduzluqdan ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda itin dişlədiyi 10 yaşlı oğlan quduzluqdan ölüb

15:19 - 08 / 07 / 2016
Azərbaycanda itin dişlədiyi 10 yaşlı oğlan quduzluqdan ölüb

Salyan rayonunun Dayıkənd sakini İsmayılov Aqil İlkin oğlunu 20 gün əvvəl təhlükəli yerlərdən-baş, üz, ağzından it dişləyib.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata əsasən, bu haqda Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova deyib.

R.İsmayılova qeyd edib ki, dişləmə qeydə alınan gün uşaq Salyan rayon Mərkəzi Xəstəxanasına aparılıb, müayinələrə başlanıb, iynələri vurulub: “Lakin xəstəliyin inkubasiya (gizli) dövrü qısa olduğuna görə uşaqda immunitet yaranmayıb, nəticədə o, quduzluğa yoluxub. Uşaq Bakıya gətirilib, onun 1 saylı uşaq yoluxucu xəstəxanasında simptomatik müalicəsi aparılıb. Buna baxmayaraq, azyaşlının  həyatını xilas etmək mümkün olmayıb və iyulun 7-də vəfat edib. Məlumdur ki, insanda quduzluq qeydə alınırsa, heç bir müalicəsi yoxdur və ölümlə nəticələnir”.

R.İsmayılova əlavə edib ki, il ərzində qeydə alınan 17 minə qədər heyvan dişləmələrinin hamısı sağalır. Nadir hallarda inkubasiya (gizli) dövrü çox qısa olur: “Bu uşaqda da inkubasiya dövrü 14 gün olub və artıq əlamətlər başlayıb. Uşaqda immunitet yaranmadığından müalicə kömək etməyib. Bundan əlavə, dişləmə təhlükəli yerlərdən - üz, baş,  barmaqlar, yuxarı ətraflardan olduğunda, bunlar beynə yaxın olduğu üçün ölüm daha tez baş verə bilir”.

Şöbə müdiri əhaliyə müraciət edərək valideynləri uşaqlarını və özlərini naməlum heyvanlardan qorumağa çağırıb: “Uşaqları sahibsiz buraxmasınlar. Hər hansı bir dişləmə olduqda dərhal həkimə müraciət etsinlər, iynələri sxem üzrə vurdursunlar. Öz heyvanlarını vaxtında peyvənd etdirsinlər”.

Qeyd edək ki, bu, 2016-cı ildə qeydə alınan ikinci faktdır.

İlk hadisə ilin may ayında Zaqatalada qeydə alınıb.

1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacovanı küçə iti dişləsə də, xəstəxanaya müraciət etməyib.

Nəticədə P. Turacova Zaqatalada quduzluq xəstəliyindən vəfat edib.

1news.az

Paylaş:
616

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər