Serj Sarqsyan ABŞ-ın dövlət katibi ilə görüşəcək
Ermənistan prezidenti Serj Sarqsyan bu gün Varşavada ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşəcək.
1news.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, NATO-nun sammiti çərçivəsində Sarqsyanı qurumun baş katibi Yens Stoltenberq və Polşanın prezidenti Ancey Duda qarşılayıblar.
Məlumata əsasən, görüşün bu axşam baş tutacağı gözlənilir.
1news.az
729