Türkiyənin NTV kanalı Azərbaycan xalqından və “Kəpəz”dən üzr istəyib
Türkiyənin NTV kanalı “Kəpəz”i Ermənistan komandası kimi təqdim etməsinə görə Azərbaycan xalqından və komandadan üzr istəyib.
1news.az-ın APA-ya isitnadən verdiyi məlumata əsasən, telekanalın saytında bununla bağlı açıqlama yayılıb.
Kanalın açıqlamasında bildirilir ki, Anadolu Agentliyinə istinadən verilmiş xəbərdə “Kəpəz” səhvən Ermənistan komandası kimi göstərilib.
“Yanlışlıq fərq edilən anda dərhal düzəldilib. ntv.com.tr saytı olaraq, Azərbaycan xalqından və komanda üzvlərindən üzr istəyirik. Komandaya Avropada keçirəcəyi oyunlarda uğurlar arzu edirik” – deyə, açıqlamada qeyd olunub.
Türkiyənin “Hurriyet” qəzeti də texniki xətanı aradan qaldırıb.
1news.az
582