Azərbaycan ilk 2 An-178 təyyarəsinə görə avans ödəyib
Azərbaycanla müqavilə çərçivəsində Ukrayna ilk 2 An-178 təyyarəsi müqabilində avans vəsait alıb.
1news.az-ın Ukrayna KİV-lərinə isitinadən verdiyi məlumata əsasən, bu haqda Ukraynanın vitse baş naziri, regional inkişaf, inşaat və MKT naziri Gennadiy Zubkov deyib.
“10 təyyarə barədə müqavilə var. İyunda ilk 2 təyyarəyə görə ödənilən avans var. Burada biz maliyyələçdirməkdən qorxmayan Azərbaycana təşəkkür edirik”, - deyə, Zubkov əlavə edib.
Onun sözlərinə görə, bu təyyarələrlə bağlı müraciət həm də Türkmənistan, Qazaxstan və digər dövlətlərdən gəlib.
Zubkov ötən həftə Azərbaycanla aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olduğunu vurğulayıb.
Bu razılığa sasən, Azərbaycan ərazisində An-178 təyyarələrinin yığılması üçün şərait yaradılacaq.
Şirkətin layihə gücü ildə 12-15 təyyarə təşkil edəcək.
1news.az