4G texnologiyasının tətbiqi: Azərbaycanda və dünyada - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

4G texnologiyasının tətbiqi: Azərbaycanda və dünyada - FOTO

12:13 - 08 / 07 / 2016
4G texnologiyasının tətbiqi: Azərbaycanda və dünyada - FOTO

İndiki dövrdə kommunikasiya texnologiyaları son dərəcə böyük əhəmiyyət daşıyır. Başda mobil telefonlarımız olmaqla, internet, peyk, kabelsiz rabitə kimi bir çox telekommunikasiya texnologiyası bizi əhatə etməkdədir.

Xüsusilə mobil telefonlarda istifadə olunan Yeni Nəsil texnologiyaları isə hər ötən gün daha da inkişaf edir. Bu yazımızda Yeni Nəsil texnologiyalarından biri olan 4G və onun ölkəmizdə tətbiqindən söhbət açacağıq.

Amma əvvəlcə 4G-nin tarixi və sürəti barədə...

lk dəfə 4G texnologiyası 14 dekabr 2009-cu il tarixində Stokholm və Oslo şəhərlərində tətbiq olunub. Heç bir il keçmədən TV kanalları İsveç şahzadəsinin toy mərasimini 4G üzərindən canlı olaraq yayımladı. Elə həmin il 4G həm də Finlandiyada təqdim olundu. “TeliaSonera” bu ölkədə və dünyada 4G-ni təklif edən ilk operator oldu.

4G xidməti məlumatların, internet və zəng xidmətlərinin daha sürətli və keyfiyyətli ötürülməsini təmin edir. Məsələn, bu xidmət vasitəsilə abunəçilər veb səhifələri bir göz qırpımında aça, şəkilləri sosial şəbəkələrə dərhal yükləyə və HD filimləri online kəsintisiz izləyə bilərlər.

Dördüncü nəsil texnologiyalara aid olan LTE texnologiyası vasitəsilə mobil şəbəkələrdə məlumatların ötürülməsi sürəti 326,4 Mbit/s-ə çatır. Bu da mobil televiziya, mobil maliyyə, təhsil, səhiyyə və digər sosial xidmətləri asanlıqla, yüksək keyfiyyətlə təqdim etməyə imkan verir. Bu texnologiya eyni zamanda korporativ sektorda fəaliyyət göstərən istifadəçilər üçün böyük imkanlar yaradır. Belə ki, onlar dünyanın istənilən yerində böyük həcmdə faylların mübadiləsini tələb edən işləri öz mobil qurğuları vasitəsilə həyata keçirə, videokonfranslarda iştirak edə bilərlər.

Orta hesabla 5 dəqiqəlik bir mahnı mobil şəbəkələrdən 100 saniyədə, HSPA ilə 10 saniyədə 4G texnologiyası ilə isə 0,38 saniyədə yüklənir. Bundan əlavə, HD keyfiyyətindəki 1 saatlıq film mobil şəbəkələrdən 3 gün, HSPA ilə 8 saat, 4G ilə 17 dəqiqədə kompüterimizə yüklənə bilir. Bu faktlar 4G-nin daha öncəki sələflərindən nə qədər güclü bir texnologiya olduğunu açıq şəkildə, əyani sübutlarla nümayiş etdirir. Ümumilikdə bu texnologiyada əlaqə sürəti mobil telefonlarda 100 mps , Wi-Fi şəbəkələrdə 1 Gbpsdir. Eyni zamanda Wimax bant genişliyi ilə eyni boydadır. Bu 3G texnologiyasının təqdim etdiyi sürət göstəricisindən 10 dəfə çoxdur.

Ümumilikdə dünya üzrə 4G qoşulmaların yarısından çoxu Şimali Amerikanın (ABŞ-da qurulan genişmiqyaslı LTE şəbəkələr sayəsində), 39%-i inkişaf etmiş Asiya-Sakit Okean ölkələrinin (ən iri şəbəkələr Yaponiya və Cənubi Koreyada yaradılıb) düşür.

4G Azərbaycanda…

Dünya tendensiyalarına nəzər salsaq görərik ki, dördüncü nəsil şəbəkələrin aktiv inkişaf etdirilməsinə baxmayaraq, beynəlxalq təşkilatlar, avadanlıq istehsalçıları, operatorlar və tədqiqat mərkəzləri artıq növbəti telekommunikasiya şəbəkələrinin yaradılması üzərində işlər aparırlar.  Lakin “J'son & Partners Consulting” şirkətinin araşdırmalarına əsasən, LTE şəbəkələrinin istifadəsi üzrə qızıl dövrü 2012-ci ildə müşahidə olunub. Məhz həmin ildən etibarən 4G şəbəkəsi yerli abunəçilərin ixtiyarına verilib.

Azərbaycanda da 4G xidmətlərini təklif edən ilk şirkət “Azercell Telekom” olub. Belə ki, şirkət  2012-ci ildə  4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim edib. Bununla da “Azercell” yalnız Azərbaycan deyil, bütün regionda belə ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim edən şirkət oldu.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəvəti ilə mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan “GlobalWirelessSolutions” şirkətinin nəticələrinə əsasən “Azercell” şəbəkəsi bir çox parametrlərə görə ölkənin mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. Eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə görə, bu gün Azərbaycanda ən keyfiyyətli və etibarlı mobil şəbəkə və ən sürətli Mobil İnternet siqnalı “Azercell” tərəfindən təmin olunur. Şəbəkənin təmin edilməsində Ericsson şirkətinin avadanlığından istifadə edilir.

“Azercell” abunəçilərinin sürətli mobil internetə olan tələbatını nəzərə alaraq 4G şəbəkəsini intensiv şəkildə inkişaf etdirir. Şirkət təkcə 2016-cı ilin ilk 5 ayı ərzində Bakıda və Abşeron yarımadasında 177 yeni LTE stansiyası quraşdırıb İyun ayının sonuna isə stansiyaların sayını 220-yə qədər artırıb. Hal-hazırda qeyd olunan ərazidə 4G stansiyalarının sayı 480-ə çatdırılıb. Bununla da sürətli mobil internetə ən çox tələbat olan  Bakı və Abşeronun 4G ilə əhatə olunması səviyyəsi 79% çatıb və abunəçilər 4G şəbəkəsində100 Mb.s qədər sürətli internetdən  istifadə imkanı yaradıb.

Artıq Bakı və Abşeron yarımadasında 4G-nin əhatəsi üzrə yaxşı nəticələr əldə olunub. Növbəti hədəf – Azərbaycanın digər böyük şəhərləridir. 2017-ci ildə artıq şirkət regionlarda əsaslı şəkildə 4G-nin əhatəsinə nail olmağı qarşısına məqsəd qoyur. Yalnız bu il ərzində “Azercell”in 4G şəbəkəsinə yatırdığı investisiya 8 mln manat təşkil edib.

“Azercell”dən verilən məlumata əsasən, şirkət 4G şəbəkəsinin tutumunu və əhatə dairəsini daim genişləndirməklə yanaşı 4G-nin sürətli internetini daha əlçatan etmək  məqsədi ilə SİM kart dəyişikliyinə ehtiyac duyan bütün istifadəçilər üçün may ayından etibarən 4G-ni dəstəkləyən SİM kartları tam ödənişsiz təqdim edir və 4G xidmətləri və onlardan istifadə qaydaları barədə məlumat verir. Artıq bütün “Azercell” abunəçiləri istənilən “Azercell” Müştəri Xidmətləri Mərkəzi və “Azercell Ekspres” ofislərinə yaxınlaşaraq 4G şəbəkəsini dəstəkləyən pulsuz sim kart əldə edə bilərlər.

Bununla yanaşı, əhali arasında 4G –ni dəstəkləyən cihazlara olan tələbatı qarşılamaq üçün  “Azercell” öz müştərilərinə bu il ərzində artıq iki güzəştli smartfon kampaniyasını təqdim etdi. Hədsiz tarifinə qoşularaq “İphone S6” və “Samsung S6 Edge” mobil cihazlarını güzəştli şərtlərlə əldə etmək imkanını qazandıran bu kampaniyalar  abunəçilərin rahatlığını təmin etməklə yanaşı, ölkədə 4G istifadəçilərinin də sayının artmasına xidmət edir.

Həmçinin, abunəçilərə müxtəlif əlverişli internet paketləri təqdim edən “Azercell”, təkcə son il ərzində Mobil İnterent tariflərində 55%-ə qədər endirim edib.

Şirkətdən verilən məlumata görə 4G texnologiyasının uğurlu tətbiqində əsas məqsəd  yüksək sürətli interneti hamı üçün əlçatan etməkdir.

Bizə isə  bu texnoloji inkişafdan faydalanmaq  və yeni innovasiyaları izləmək qalır.

Paylaş:
5555

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər