Təbii qazla təmin olunmuş abonentlərin sayı 1 918 710 nəfərə çatıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Təbii qazla təmin olunmuş abonentlərin sayı 1 918 710 nəfərə çatıb

14:10 - 11 / 07 / 2016
Təbii qazla təmin olunmuş abonentlərin sayı 1 918 710 nəfərə çatıb

2016-cı ilin iyun ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 11 968 yeni abonent qeydiyyata alınıb.

1news.az-ın məlumatına görə, bunun da 1551-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 10417-i isə regionların payına düşüb. Bununla da, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 918 710-a çatıb. 

01 iyul 2016-cı il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 130 964 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 362 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

1news.az

Paylaş:
544

Son xəbərlər

Bütün xəbərlər