İran Ermənistanla vizasız rejimə keçdi
İranın Nazirlər Kabineti iyulun 10-u Ermənistanla vizasız rejimə keçmək haqda razılığı təsdiq edib.
1news.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata əsasən, Nazirlər Kabinetinin (NK) toplantısına prezident Həsən Ruhani sədrlik edib.
İranın NK-i diplomatik və adi pasportlara malik, həmçinin səyahət sənədlərinə malik olan Ermənistan vətəndaşları üçün vizaların ləğv edilməsi qaydalarını müəyyənləşdirən qərar qəbul edib.
Qeyd edək ki, ötən ayın 16-sı iki ölkənin XİN rəhbərləri Məhəmməd Cavad Zərif və Edvard Nalbandyan İran və Ermənistan arasında viza rejiminin ləğv olunması barədə razılıq imzalayıblar.
Razılıq Ermənistan höküməti tərəfindən təsdiq olunmuş idi.
Sənədə əsasən, İran və Ermənistanın vətəndaşları hər iki ölkədə 90 gün vizasız qala bilərlər.
1news.az