ABB-nin idarə heyətinin sədr müavini təyin edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

ABB-nin idarə heyətinin sədr müavini təyin edilib

12:07 - 11 / 07 / 2016
ABB-nin idarə heyətinin sədr müavini təyin edilib

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) idarə heyətinin sədr müavini təyin edilib.

1news.az-ın verdiyi məlumata əsasən, bu vəzifəni Həbibullayev Elmir Şirin oğlu tutub.

2013-cü ildən E.Həbibullayev ABB-nin baş direktor vəzifəsində çalışıb.

1998-2003-cü illərdə Elmir Həbibullyaev bankın bir sıra departamentlərində müxtəlif vəzifələri tutub.

1996-1998-ci illərdə o, “Səltənət” KB-da, 1998-ci ildə isə “İmperobank” SKB-da çalışıb.

E.Həbibullayev 1978-ci ilin martın 10 Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad universitetinin ümumi iqtisadiyyat, maliyyə və kredit fakultəsini bitirib.

Qeyd edək ki, ABB-nin idarə heyətinin sədri Elmar Məmmədovdur.

Hal-hazırda E.Həbibullayevdən başqa onun müavinləri bankın baş maliyyə direktoru Ülvi Mənsurov və Murad Şirəliyevdir.

Bankın 2 baş direktoru var – Hidayət Sultanov və Fuad İslamov.

ABB 1992-ci ilin yanvarında təsis olunub və ölkənin ən iri bankı sayılır.

Bankın əsas səhmdarı Azərbaycan hökümətidir.

Bankın səhmlərinin 50,2% Azərbaycan hökümətinə, 49,8% isə fərdi fiziki və hüquqi şəxslərə aiddir.

1news.az

Paylaş:
1780

Son xəbərlər

Bütün xəbərlər