BirKart artıq Gəncədə! - FOTO
Kapital Bank-ın BirKart məhsulunu artıq Gəncə sakinləri də əldə edə bilərlər.
Maaş və ya pensiyasını Kapital Bank-dan alan müştərilər Bankın Gəncə və ya Kəpəz filiallarına yaxınlaşıb kartı əldə edə bilərlər.
Qeyd edək ki, BirKart müştərinin istəyindən asılı olaraq kredit, taksit, maaş, pensiya, depozit, bonus və debet kart funksiyalarını özündə birləşdirir.
Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur. “Visa Classic”, “Visa Gold” və “Visa Platinum” əsasında olan BirKart 36 ay müddətə verilir, balansındakı məbləğ isə müştərinin aylıq gəlirindən asılı olaraq 10 000 manatadək ola bilər.
Kartdan nağdsız xərclənən məbləği, 40 günədək faizsiz güzəşt müddəti ilə, Bankın partnyor şəbəkəsində xərclənən məbləği isə 2-12 və 18 ay müddətə taksitlə ödəmək olar. Gəncə üzrə olan tərəfdaşların siyahısı saytda qeyd olunub - www.birkart.az/harada-kecerlidir?search=&city=401&category=0&payment_method=0&taksit=hamısı .
BirKart-dan məbləğin həmçinin bankomatlardan nağd çıxarılması da mümkündür. BirKart-dan kredit qismində xərclənən vəsait məvacib, təqaüd və ya müştərinin mədaxil etdiyi məbləğdən silinə bilər. Bundan başqa, BirKart-a müştərinin yerləşdirdiyi şəxsi pul vəsaitinə kartın növündən asılı olaraq illik 3%-dək əmanət faizi hesablanır. Nağdsız ödənişlər etdikdə isə, BirKart-ın balansına müəyyən bonuslar yığılır və bu bonusları pula çevirmək mümkündür.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir.