Cari ilin altı ayı ərzində 106 yaşayış məntəqəsinə təbii qaz verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Cari ilin altı ayı ərzində 106 yaşayış məntəqəsinə təbii qaz verilib

15:48 - 12 / 07 / 2016
Cari ilin altı ayı ərzində 106 yaşayış məntəqəsinə təbii qaz verilib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər uğurla davam etdirilir.

1news.az-ın məlumatına görə, istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi məqsədi ilə cari ilin yanvar-iyun ayları ərzində 6636 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 189 kilometr qaz kəməri əsaslı təmir olunub.

Aparılan tikinti-quraşdırma işləri nəticəsində Kürdəmir, Ağsu, İsmayıllı, Saatlı, Beyləqan, Bərdə, Ağacabədi, Şabran, Zərdab, Sabirabad, Salyan, Neftçala, Cəlilabad, Tovuz, Qəbələ, Qusar, Qax, Şəki, Göyçay, Quba, Tərtər, Şəmkir, Goranboy, Oğuz, Gədəbəy, Ucar, Samux, Yevlax, İmişli və Masallı rayonları üzrə 106 yaşayış məntəqəsi qazlaşdırılıb.

1news.az

Paylaş:
567

Son xəbərlər

Bütün xəbərlər