Sanders rəsmi olaraq Klintonu dəstəkləyərək, seçki kampaniyasını tərk edib | 1news.az | Xəbərlər
Dünya

Sanders rəsmi olaraq Klintonu dəstəkləyərək, seçki kampaniyasını tərk edib

21:05 - 12 / 07 / 2016
Sanders rəsmi olaraq Klintonu dəstəkləyərək, seçki kampaniyasını tərk edib

ABŞ prezidenti postuna Demokratlar Partiyasından namizəd Berni Sanders rəsmi olaraq partiya üzrə rəqibi Hillari Klintonu dəstəkləyərək seçki kampaniyasını tərk edib.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata əsasən, Respublikaçılar Partiyasından əsas namizəd Donald Tramp isə Sandersin Klintona dəstəyini saxtalaşdırılmış sistemin bir hissəsi adlandırıb.

“Hillari Klintonun ABŞ-ın növbəti prezidenti olacağından əmin olmaq üçün mən əlimdən gələni etmək niyyətindəyəm”, - deyə Sanders bildirib. 

1news.az 

Paylaş:
336

Son xəbərlər

Bütün xəbərlər