Britaniya kraliçası qabyuyan axtarır
Böyük Britaniyanın kral ailəsinin rəsmi saytında qeyri-adi məlumat yerləşdirilib.
1news.az-ın Daily Mail-ə istinadən verdiyi məlumata görə, Bukinqem sarayına qabyuyan tələb olunur.
Əmək müqaviləsinə əsasən, tələb olunan şəxs kral iqamətgahı ərazisində işləməli və yaşamalı, lazım gəldikdə isə ailənin digər mülklərinə “iş səfəri” etməlidir, sadə yeməklər bişirməyi bacarmalı və mətbəxdə təmizliyə riayət etməlidir.
Öz növbəsində kraliça ildə 17 min funt sterlinq maaş, 33 istirahət günü və ləyaqətli təqaüd vəd edir.
Məlumatda, iş təcrübəsinin vacib olmadığı qeyd edilir.
1news.az
383