Tereza Mey Böyük Britaniyanın yeni baş naziri oldu | 1news.az | Xəbərlər
Dünya

Tereza Mey Böyük Britaniyanın yeni baş naziri oldu

22:56 - 13 / 07 / 2016
Tereza Mey Böyük Britaniyanın yeni baş naziri oldu

Britaniyanın keçmiş daxili işlər naziri Tereza Mey rəsmi olaraq Böyük Britaniyanın baş naziri təyin edilib.

1news.az-ın məlumatına görə, T.Meyin bu vəzifəyə təyinatı Bukinqam sarayında Kraliça II Elizabet tərəfindən qəbul edildikdən sonra onun sərəncamı ilə rəsmiləşib.

Tereza Mey hazırkı Kraliçanın hakimiyyətdə olduğu dövrdə artıq Britaniyanın 13-cü baş naziridir.

Xatırladaq ki, yeni baş nazirin sələfi Devid Kemeron iyunun 23-də Britaniyada keçirilmiş referendumun nəticələrinə görə istefa verib. Referendumun nəticələrinə əsasən britaniyalıların əksəriyyəti Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasının lehinə səs verib.

Böyük Britaniyanın yeni baş naziri Aİ-dən çıxmağa səs verən britaniyalıların bu istəyini yerinə yetirəcəyini vəd edib.

1news.az

 

Paylaş:
675

Son xəbərlər

Bütün xəbərlər