Yaponiya imperatoru taxt-tacdan imtina edir | 1news.az | Xəbərlər
Dünya

Yaponiya imperatoru taxt-tacdan imtina edir

00:01 - 14 / 07 / 2016
Yaponiya imperatoru taxt-tacdan imtina edir

Yaponiya İmperatoru Akihito yaxın bir neçə ildə taxt-tacdan imtina etmək qərarına gəlib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, imperator bu barədə yaxın köməkçilərinə məlumat verib.

Akihito taxt-tacı 56 yaşlı vəliəhd-şahzadə Naruhitoya həvalə edəcək. İmperatora yaxın mənbələrin bildirdiyinə görə, Akihito səhhəti onun üzərinə düşən vəzifələri yerinə yetirməyə imkan verməməsi səbəbindən taxt-tacdan uzaqlaşmaq istəyir.

NHK-nın məlumatına görə, imperator bu barədə ailə üzvlərini də xəbərdar edib. İmperator Sarayının İşlər İdarəsinin Akihitonun müvafiq bəyanatla xalqa müraciət etməsi üçün münasib vaxt axtardığı da bildirilir.

1news.az

 

Paylaş:
669

Son xəbərlər

Bütün xəbərlər