Böyük Britaniyanın AB-dən çıxması prosesi 6 il çəkə bilər | 1news.az | Xəbərlər
Dünya

Böyük Britaniyanın AB-dən çıxması prosesi 6 il çəkə bilər

12:22 - 13 / 07 / 2016
Böyük Britaniyanın AB-dən çıxması prosesi 6 il çəkə bilər

Böyük Britaniyanın AB-dən çıxması prosesi 6 il çəkə bilər, bu dönəmdə ikitərəfli ticari anlaşmaların imzalanması çətinləşə bilər.

1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu haqda ölkən xarici işlər naziri Filip Hammond deyib.

“Narahatçılıq doğuran məqam odur ki, əgər Böyük Briyaniya və Avropa Birliyinin (AB) 27 üzvü ilə anlaşma qarışıq kompetensiyada olsa, bu halda hər 27 ölkənin milli parlamentləri anlaşmanı yenidən ratifikasiya etməli olacaqlar. Düşünürəm ki, buna tələb olunan vaxt, danışıqları saymadan, 4 il çəkə bilər. Bundan əlavə, 2 il Böyük Britaniyanın AB-dən çıxmaq şərtlərinin Brüssellə müzakirəsinə gedəcək”, - deyə o qeyd edib.

1news.az

Paylaş:
386

Son xəbərlər

Bütün xəbərlər