ABŞ hərbi məlumatlarını oğurlayan çinli haker məhkum edilib
ABŞ məxfi hərbi məlumatlarına haker hücumu etməsini etiraf edən çinli biznesmen ABŞ-da 4 ilə yaxın azadlıqdan məhrum edilib.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumata əsasən, Su Bin etiraf edib ki, 2008 və 2014-cü illər arası ABŞ müdafiə şirkətlərinin məlumatlarını oğurlamaq üçün Çin hərbi hakerlərilə əməkdaşlıq edib.
O, 2014-cü ildə Kanadada saxlanılaraq ABŞ-a ekstradisiya olunub.
Çin hökuməti hər hansı dövlət və ya xarici şirkətin hakerlik etməsini qəti şəkildə təkzib edib.
Los Angeles məhkəməsi 46 aylıq həbs cəzası ilə yanaşı Su-ya 10 min dollar cərimə də təyin edib.
"Su, Çin hərbi hakerlərinin bizim milli müdafiəmiz üçün vacib olan hərbi hava qüvvələrinin ən müasir dizaynlarını oğurlamasına kömək edib", baş prokuror köməkçisi John Carlin deyib.
1news.az