Göyçay rayonunun daha bir kəndinə təbii qaz verilib
İyulun 14-də Göyçay rayonun Müskürlü kəndinə yenidən təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
1news.az-ın məlumatına görə, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 124 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 12410 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 124 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
1news.az
631