Tərtərdə qardaş bacısının boğazını kəsib

Tərtər rayonunda bacısının boğazını kəsən şəxs tutulub.
1news.az –ın APA-ya istinadən verdiyi məlumatına görə, hadisəni törədən Taleh Alızadə Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, kənd sakini, 1994-cü il təvəllüdlü Alızadə Cəmilə Valeh qızı boğaz nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti ağır qiymətləndirilir.
1news.az
500