Kapital Bank “Təhsil avtobusu” layihəsini təşkil edir - FOTO
Kapital Bank “Azərbaycan üçün öyrət” (“Teach for Azerbaijan”) beynəlxalq təhsil proqramı çərçivəsində “Təhsil avtobusu” adlı Yay Məktəbi layihəsini keçirir. Bununla bağlı keçirilən tədbirdə Təhsil Nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, dövlət rəsmiləri və digər qonaqlar iştirak edirdi. Layihə 13-21 iyul 2016-cı il tarixləri arasında keçiriləcək.
“Təhsil avtobusu” adlı Yay Məktəbi Gəncə, Şəki, Lənkəran və Quba şəhərləri üzrə təhsil marafonuna çıxacaq.
Marafonda əsasən zəif nəticə göstərən məktəblər iştirak edəcək. Hər bölgədə 2 gün davam edən layihədə müəllimlər, şagirdlərin mövcud biliklərini, mənimsəmə qabiliyyətini dəyərləndirmək üçün bir sıra mövzuları tədris edəcəklər.
“Kapital Bank Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan üçün öyrət” layihəsini dəstəklədi. Layihə üzrə Bakıda, Lənkəranda, Qubada, Şəkidə və Gəncədə olan məktəblərdə akademik dərslər və fərdi inkişaf təlimləri keçirilib. Təhsil mövsümünün sonunda isə “Təhsil avtobusu” Yay Məktəbini keçirmək qərarına gəldik. Əminəm ki, bu layihə də təhsil sahəsinin inkişafına öz töhfəsini verəcək və şagirdlərin dərsə olan marağını artıracaq” – deyə, Kapital Bank-ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva bildirib.
Qeyd edək ki, “Azərbaycan üçün öyrət” təhsil proqramı ölkənin təhsil strategiyasına uyğun olaraq, ümumtəhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.