Türkiyə Yunanıstana sığınmış 8 hərbçinin qaytarılmasını xahiş edir
Türkiyə Yunansıtandan dövlət çevrilişi həyata keçirməyə və Afinadan siyasi sığınacaq ummuş 8 hərbçinin tez bir zamanda qaytarılmasının xahiş edib.
1news.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata əsasən, bu haqda Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bəyan edib.
Qeyd edək ki, daha əvvəl içində 8 hərbçi olan Türkiyə helikopteri Yunanıstanın Aleksandropulis şəhərinə enib.
Məlumata əsasən, Yunanıstana gələn türkiyəli hərbçilər çevrilişdə iştirak ediblər və sığınıcaq istəyirlər.
Fərqlənmə nişanlarını çıxardıqları üçün hərbçilərin rütbələri bilinmir.
Məsələ Yunanıstanın Xarici İşlər Nazirliyinə həvalə edilib.
“Biz Yunanıstandan oraya qaçan 8 satqın hərbçinin qaytarılmasını xahiş etdik”, - deyə M.Çavuşoğlu öz Twitter-səhifəsində yazıb.
1news.az