Əhməd Davutoğlu: Bizim xalq tarix yazdı...
Türkiyənin keçmiş baş naziri Əhməd Davutoğlu dövlət çevrilişi cəhdini qətiyyətlə pisləyib.
1news.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata əsasən, Ə.Davutoğlunun çıxışı yerli telekanallar vasitəsi ilə canlı olaraq yayımlanıb.
“Bu gecə Türkiyə xalqı demokratik yol ilə seçilmiş hakimiyyətini müdafiə edərək tarix yazdı. Bu gündə ölkənin bütün siyasi gücləri arasında konsensus hökm sürüb, çünki çevrilişə qarşı hətta müxalif partiyalar çıxış edib”, - deyə Davutoğlu qeyd edib.
Türkiyənin sabiq baş naziri həmçinin demokratiya uğrunda canlarından keçmiş insanların ailələrinə və yaxınlarına baş sağlığı diləyib.
1news.az
657