İsmayıl Kahraman: “Müstəqil siyasət yürütdüyü üçün, Türkiyəni sarsıtmaq istəyirlər” – FOTO
İyulun 16-sı yerli vaxtla saat 17:00-da Türkiyə parlamentinin föqəladə toplantısı başlayıb.
1news.az-ın verdiyi məlumata əsasən, toplantıda daha əvvəl dövlət çevrilişinə qarşı eyni mövqedən çıxış etmiş AKP, CHP, HDP və MHP partiyalarının təmsilçiləri iştirak edir.
Toplantı zamanı Türkiyə Parlamentinin spikeri İsmayıl Kahramanın çıxışı baş tutub.
İ.Kahraman bütün günahkarların cəza çəkəcəyinə əmin olduğunu vurğulayıb.
“Türkiyənin beynəlxalq arenadakı müstəqil siyasəti bəzi güclərin maraqlarına ziddir və onlar ölkəni daxildən sarsıdmaq istəyirlər”, - deyə o, əlavə edib.
İ.Kahraman həmçinin dövlət çevrilişinə cəhd zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı diləyib.
“O kəslər ki, öz xalqına qarşı ayaqlanıblar, ona xalqın müdafiəsi üçün alınmış silahları tuşlayıblar... Bu xalqa qarşı terror idi. Onlar hətta Parlament binasını bombalayıblar. Lakin xalq tankların qarşısına çıxdı. Bunu edənlər azlıq təşkil edir və qanuni şəkildə cəzalandırılacaqlar. İndi isə birlik, yaraların sağalması zamanı çatıb”, - deyə o bildirib.
Onun sözlərinə görə Parlamentdə dövlət çevrilişinə qarşı çıxış etmiş və dövlətçiliyi dəstəkləmiş partiyaların təmsiliçiləri yığışıb.
“Və bu gün bütün partiyalar mənim tərəfimdən oxunacaq ümumi bəyanat qəbul ediblər. Ötən günün hadisələri Türkiyədə çevrilişlərinin mümkünsüzküyünü sübut etdi. Demokratiyanı qorumuş hər kəsə təşəkkürümü bildirirəm. Biz sübut etdik ki, bu ölkədə güc xalqa məxsusdur. Heç kimin bu düzənə müdaxilə etmək haqqı yoxdur. Əminəm ki, qısa bir zamanda ölkə normal həyatına dönəcək”, - deyə Kahraman bildirib.
1news.az