Binəli Yıldırım: “Bunlar hərbçi deyil, hərbçi qılığına girmiş terrorçulardır” | 1news.az | Xəbərlər
Dünya

Binəli Yıldırım: “Bunlar hərbçi deyil, hərbçi qılığına girmiş terrorçulardır”

19:45 - 16 / 07 / 2016
Binəli Yıldırım: “Bunlar hərbçi deyil, hərbçi qılığına girmiş terrorçulardır”

İyulun 16-sı yerli vaxtla saat 17:00-da Türkiyə parlamentinin föqəladə toplantısı başlayıb.

1news.az-ın verdiyi məlumata əsasən, toplantıda daha əvvəl dövlət çevrilişinə qarşı eyni mövqedən çıxış etmiş AKP, CHP, HDP və MHP partiyalarının təmsilçiləri iştirak edir.

Toplantı zamanı Türkiyənin baş naziri Binəli Yıldırım çıxış edib.

İlk növbədə baş nazir dünənki hadisələrdə həlak olanları dərin hüznlə anıb.

B.Yıldırım türk xalqı kimi qəhrəman və ulu xalqın övladı olduğundan qürur duyduğunu bildirib.

“Bizim xalq, millətin iradəsini, hakimiyyəti öz əlinə almaq istəyənlərə qarşı küçələrə çıxıb”, - deyə o bildirib.

Baş nazir Türkiyə prezidenti Rəcəp Tayip Ərdoğana sərgilədiyi qətiliyə görə təşəkkürünü bildirib.

“Dövlət çevrilişi təhlükəsi qarşısında dünyada nümunə olacaq qətiyyətli duruş sərgiləyən media nümayəndələrinə təşəkkür edirəm. Bayraqlarla küçələrə axışan vətəndaşlarıma minnətdaram. Dünən sizlər, qurulmuş barrikadları dağıdaraq parlament binasına gəldiniz, burada işıqları yandırdınız, qapıları açdınız. Parlament binası güllə-baran edilərkən geri addım atmadınız”, - deyə baş nazir qeyd edib.

Onun sözlərinə görə, Türkiyə tarixində keçmişdə baş vermiş çevrilişlər zamanı belə Parlament binasına hücum cəhdi olmayıb.

“Bunlar hərbçi deyillər. Bunlar hərbçi qılığına girmiş terrorçu, cinayətkardılar. Öz xalqına əl qaldıranın əli qırılar. Və 24 saat keçmədən onlar qırıldılar. Bu gün 79 milyon ürəyin birgə döyündüyü gündür. Bütün 81 vilayətimizdə AKP, HDP, MHP və CHP tərəfdarları eyni mövqedən çıxış etdilər. Bu ruhla biz terrora qalib gələcəyik və yaralarımızı sağaldacayıq”, - deyə B.Yıldırım əlaəv edib.

1news.az

Paylaş:
616

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər