Türkiyədə dövlət çevrilişinə cəhd nəticəsində 90 nəfər həlak olub, 1154 nəfər yaralanıb
Son məlumata əsasən, dövlət çevrilişinə cəhd nəticəsində 90 nəfər həlak olub, 1154 nəfər yaralanıb.
Ədliyyə naziri Bəkir Bozdağ qiyamçıların həbs edilməsi ilə bağlı əməliyyatların əsasən Ankarada və İstanbulda aparıldığını vurğulayıb. Lakin ölkənin digər bölgələrində də əməliyyatların davam etdirildiyi qeyd olunub.
Qiyamla əlaqədar istintaq tədbirləri çərçivəsində Bursa şəhərində 8 hərbi qulluqçu həbs olunub. Bundan başqa, Ərdahan qarnizonunun və 25-ci sərhəd birliyinin rəisi, general-mayor Karq, dəniz piyada briqadasının rəisi, admiral Yıldız da saxlanılıblar.
Hazırda məzuniyyətdə olan bütün hakim və prokurorların tətillərini yarımçıq qoyaraq, dərhal vəzifələrinin icrasına başlamaları barədə qərar qəbul edilib.
917