Con Kerri: “Fətullah Güləni bir şərtlə verərik...”
ABŞ-ın dövlət katibi Con Kerri Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunması məsələsinə münasibət bildirib.
1news.az-ın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, dövlət katibi Türkiyə tərəfinin təqdim etdiyi dəlillərin standartlara uyğun olacağı təqdirdə ekstradisiya anlaşmasına əməl edəcəklərini bildirib.
C.Kerri ölkəsinin F.Güləni Türkiyəyə verməməklə hər hansı məqsəd güdmədiyini də sözlərinə əlavə edib.
1news.az
738