Xaçmaz rayonunda Qarabağ müharibəsi əlillərinə yeni evlər verilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmaz rayonunda Qarabağ müharibəsi əlillərinə yeni evlər verilib – FOTO

17:42 - 18 / 07 / 2016
Xaçmaz rayonunda Qarabağ müharibəsi əlillərinə yeni evlər verilib – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlillərini mənzillərlə təmin etməyə davam edir.

1news.az-ın məlumatına görə, cari ilin ötən dövründə Beyləqan rayonunda çoxmənzilli yaşayış binası, həmçinin 25-dək rayonda (Siyəzən, Şabran, Qusar, Biləsuvar, Sabirabad, İmişli, Şamaxı, Oğuz, Şəki, Ağdaş, Balakən, Zaqatala və s.) fərdi yaşayış evləri, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər istifadəyə verilməklə, 211 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib.

Ümumilikdə indiyə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 5443 nəfər əlil və şəhid ailəsinə mənzil verilib ki, onlardan 91 faizdən çoxu məhz Qarabağ müharibəsi əlilləri və şəhid ailələridir.

Bu gün isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Xaçmaz rayonunda inşa etdirilmiş 5 ədəd fərdi yaşayış evinin Qarabağ müharibəsi əlillərinin istifadəsinə təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə müharibə əlilləri və şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin mühüm istiqamətlərindən olduğu vurğulanıb. Bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması yönündə görülən işlərdən bəhs olunub.

Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamının həmin şəxslərin yeni mənzillərlə təminatında növbəti mühüm addımların atılmasına şərait yaratdığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sərəncamın icrası işlərinin cari ildə də uğurla davam etdirildiyi qeyd olunub.

Bildirilib ki, hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı üçün ölkəmizin bölgələrində fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, şəhər yerlərində hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınaraq təmir etdirilməsi işləri davam etdirilir.  

Tədbirdə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara, eləcə də bu döyüşlərdə şəhid olmuş insanların ailələrinə dövlət qayğısının mütəmadi olaraq artırılmasının ümumən respublika ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığı vurğulanıb.

Müharibə əlilləri və şəhid ailələrinin maddi təminatlarının gücləndirilməsi istiqamətində görülən işlərdən də söz açılıb, onlara yönələn sosial ödənişlərin mütəmadi olara artırıldığı, bu təbəqələrdən olanların qanunvericiliklə bir sıra imtiyazlara malik olduqları diqqətə çatdırılıb. Əlilliyi olan insanların, o cümlədən müharibə əlillərinin tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində də mühüm işlərin aparıldığı qeyd olunub.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri onların həyat şəraitlərinin yaxşılaşdırılmasına, yeni mənzillərlə təmin edilmələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 

Daha sonra tədbir iştirakçıları yeni fərdi yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə təqdim olunan evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.

1news.az

Paylaş:
596

Son xəbərlər

AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14
Bütün xəbərlər