Ərzaq məhsullarının istehsalı üzrə Azərbaycan-Əfqanıstan birgə müəssisələri yaradıla bilər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ərzaq məhsullarının istehsalı üzrə Azərbaycan-Əfqanıstan birgə müəssisələri yaradıla bilər

22:27 - 18 / 07 / 2016
Ərzaq məhsullarının istehsalı üzrə Azərbaycan-Əfqanıstan birgə müəssisələri yaradıla bilər

Ərzaq məhsullarının istehsalı üzrə Azərbaycan-Əfqanıstan birgə müəssisələri yaradıla bilər.

1news.az-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin Əfqanıstanın Azərbaycandakı səfiri Mohammad Taqi Xalili ilə keçirdiyi görüşündə söhbət açılıb.

Görüşdə Azərbaycan və Əfqanıstan arasında iqtisadi əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayan Ş.Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Polşada keçirilən NATO Sammiti çərçivəsində Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşdüyünü, Əfqanıstanla bağlı sessiyada iştirak etdiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Əfqanıstan arasında nəqliyyat, logistika, kənd təsərrüfatı, ticarət və digər sahələr üzrə geniş əməkdaşlıq potensialının olduğu qeyd edilib. Ərzaq məhsullarının istehsalı üzrə birgə müəssisələrin yaradılması, Əfqanıstanda sement zavodunun tikintisi və birgə pambıq istehsalının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan hökumətinin Əfqanıstana göstərdiyi dəstək və yardımlara görə minnətdarlığını bildirən səfir Mohammad Taqi Xalili ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Səfir iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bildirib.

1news.az

Paylaş:
668

Son xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05
Bütün xəbərlər