Türkiyə kəşfiyyatı hərbi çevriliş cəhdinin təfərrüatlarını açıqlayıb
Türkiyə kəşfiyyatı (MİT) hərbi çevriliş cəhdinin təfərrüatlarını açıqlayıb.
Məlumata görə, hərbi çevriliş iyulun 16-da saat 03:00 planlaşdırılmışdı.
Lakin hərbi çevriliş planını üstü açıldı və qiyamçılar bir neçə saat tez hərəkət etməyə məcbur qaldılar.
Xatırladaq ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə hərbi çevrilişə cəhd zamanı şəhid olanların sayı 208-ə çatıb. Onlardan 60-ı polis, 3-ü hərbçi, 145-i mülki şəxsdir.
Milliyet
546