Ərdoğan xarici KİV-ə Fətullah Gülənin müsahibəsi ilə bağlı müraciət edib – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan xarici KİV-ə Fətullah Gülənin müsahibəsi ilə bağlı müraciət edib – VİDEO

13:18 - 19 / 07 / 2016
Ərdoğan xarici KİV-ə Fətullah Gülənin müsahibəsi ilə bağlı müraciət edib – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya KİV-ini terrorçular üçün meydança olmamağa çağırıb.

İstanbulun Qısıklı rayonunda çevrilişə cəhdə etiraz əlaməti olaraq toplaşmış xalq qarşısında çıxış edərək o, daha çox dünya KİV-inə müraciət edib (çıxışın bu hissəsi aşağıdakı videonun 10-cu dəqiqəsindən başlanır). 

Onun sözlərinə görə, çevrilişə cəhdlə bağlı hadisələri işıqlandırarkən bütün türk media resusrları birlik və həmrəylik nümayiş etdirib. 

“Lakin xarici KİV-dən bəziləri Pensilvaniyaya tələsdi (orada F.Gülən yaşayır - 1news.az-ın qeydi). İndi burada dünya mətbuatına, digər ölkələrin medialarına müraciət edirəm”.

Əgər dünya KİV-i Amerikada qoşa qüllələr dağılarkən oraya gedərək Ben Ladenlə müsahibə hazırlasaydırlar – buna necə başa düşmək olardı? – bunu prezident Ərdoğan bildirib:

“O zaman nə üçün indi Türkiyədə çevrilişə cəhdə əmr edəndən müsahibə almağa bu qədər isti yanaşırsınız?”

Bununla yanaşı o, dünya KİV-inin hadisələri real vəziyyətdə araşdırmasının vacibliyini vurğulayıb:

“Çünki dünya bunu görməli, eşitməli və bilməlidir”.

Ərdoğan qeyd edib ki, artıq CNN telekanalına müsahibə verib:

“Və hər gecə bu, dünya KİV-indən biri ilə davam edəcək. Biz bunu izah etməliyik ki, onlar da hər şeyi düzgün anlasınlar”.

Xatırladaq ki, Türkiyə hökuməti çevrilişə cəhdinin Pensilvaniyada yaşayan (ABŞ) Fətullah Gülənin dini tərəfdarları tərəfindən həyata keçirilməsini bəyan edib. Bununla əlaqədar olaraq Türkiyə tərəfi Vaşinqtona müraciət edərək onun ölkə ərazisinə ekstradisiya edilməsini tələb edib. Lakin Amerika tərəfi ABŞ-ın Dövlət Departamentinin nümayəndəsi Mark Tonerin timsalında bildirib ki, Gülən “sakit həyat tərzi keçirirək ABŞ qanunlarını pozmur”.

“O, qanunlara (ABŞ) uyğun olaraq sakit həyat tərzi yaşayır. Əgər bu, belə olmasaydı, biz bununla əlaqədar nəsə bəyan edərdik”, - Toner brifinqdə bildirib.

Toner sözlərinə əlavə edib ki, ABŞ hökuməti Türkiyənin sorğusundan sonra Gülənin ölkədə çevrilişə cəhdlə əlaqdar olmasını araşdıracaq.

Qeyd edək ki, yaxın günlərdə Azərbaycanda ANS telekanalının yayımı jurnalist Qənirə Ataşovanın F.Gülənlə müsahibəsi olacağı bəyanatından sonra dayandırılıb. 

Bu haqda Milli Televiziya və Radio Şurası (MTRŞ) xüsusi bəyanatla çıxış edib.

MTRŞ-nın bəyantıdan qeyd olunur ki, son zamanlar ANS Müstəqil Yayım və Media Şirkəti Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd mövqe tutub, Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb.

Qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev son günlər Türkiyədə baş vermiş hadisələri birmənalı şəkildə dövlət çevrilişi cəhdi, Türkiyə dövlətçiliyinə, türk xalqına, onun iradəsi və seçiminə qarşı törədilən dəhşətli cinayət kimi qiymətləndirməsinə baxmayaraq, ANS telakanalı Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fətullah Gülənə və onun tərəfdarlarına dəstək verib.

Bundan əlavə, telekanal tərəfindən Türkiyədə dövlət çevrilişinə cəhddə şübhəli bilinə Gülənlə bağlı müsahibənin yayımlanmasının anonsu verilib.

Şuranın qeyd etdiyi kimi, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ANS telekanalı terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirib, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürüb, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışıb və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atıb.

Məlumatda həmçinin qeyd olunur ki, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan dövləti televiziya və radio vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə nəzarət edir. Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda teleradio yayımçısının fəaliyyəti müvəqqəti dayandırıla bilər.

Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə göstəriş verib.

ANS telekanalının qanunazidd fəaliyyəti ilə bağlı məhkəməyə müvafiq müraciət olunacaq və son qərar məhkəmə tərəfindən veriləcək.

1news.az

Paylaş:
1453

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər