Türkiyənin baş nazir aparatının 257 əməkdaşı vəzifəsindən azad edilib | 1news.az | Xəbərlər
Dünya

Türkiyənin baş nazir aparatının 257 əməkdaşı vəzifəsindən azad edilib

16:27 - 19 / 07 / 2016
Türkiyənin baş nazir aparatının 257 əməkdaşı vəzifəsindən azad edilib

Türkiyə baş nazir aparatının paytaxt Ankaranın Villi Brandt küçəsində yerləşən əlavə iqamətgahında 257 əməkdaş işdən kənarlaşdırılıb.

1news.az-ın Hürriyet-ə istinadla verdiyi xəbərə görə, həmin şəxslərin kimlikləri (şəxsiyyət vəsiqəsi) müsadirə edilib.

Hazırda polis iqamətgahda təhqiqat aparır. Çoxu sayda sənəd müsadirə olunaraq araşdırma aparmaq üçün polis idarəsinə aparılıb.

Bundan əlavə, Türkiyə Nazirlər Kabineti (Başbakanlık) yanında Dini İşlər İdarəsinin (Diyanet İşleri Başkanlığı) 492 əməkdaşı işdən kənarlaşdırılıb.

Qeyd edək ki, 15 iyulda baş vermiş hərbi çevriliş cəhdindən sonra Türkiyənin dövlət orqanlarında “Fətullahçı Terror Təşkilatı”na (FETÖ) mənsub olduğu iddia edilən dövlət məmurlarının kütləvi şəkildə işdən çıxarılmasına və həbsinə başlanıb.

1news.az

Paylaş:
1171

Son xəbərlər

Bütün xəbərlər