SOCAR və Rumıniyanın “Transqaz” şirkəti qarşılıqlı Anlaşma Memorandumu imzalayıblar - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR və Rumıniyanın “Transqaz” şirkəti qarşılıqlı Anlaşma Memorandumu imzalayıblar - FOTO

17:07 - 19 / 07 / 2016
SOCAR və Rumıniyanın “Transqaz” şirkəti qarşılıqlı Anlaşma Memorandumu imzalayıblar - FOTO

SOCAR və Rumıniyanın “Transqaz” şirkəti qarşılıqlı Anlaşma Memorandumu imzalayıblar.

1news.az-a SOCAR-ın mətbuat xidmətindən verilən xəbərə görə, şirkətin prezidenti Rövnəq Abdullayev iyulun 19-da Avropa Parlamentinin üzvü Ramona Nikole Manesku, Rumıniyanın “Transqaz” şirkətinin Direktorlar Şurasının sədri İon Sterian və “Transqaz”ın maliyyə vəsaiti və Avropa İttifaqı ilə beynəlxalq əlaqələr üzrə idarə rəisi Çiprian Aliçdən ibarət nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və Rumıniya əlaqələrinin yüksələn xətt üzrə inkişafı xüsusi qeyd olunub, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq və SOCAR-ın Rumıniyada uğurlu fəaliyyəti yüksək qiymətləndirilib.

Sonra SOCAR və “Transqaz” arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Memorandumda SOCAR və “Transqaz” arasında təbii qazın nəqli sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, Azərbaycan və Xəzər dənizi regionundan qaz tədarükü hesabına qaz tranziti və paylanması sahəsində Rumıniyanın potensialından istifadə olunması imkanlarının, habelə ümumi maraq doğuran potensial perspektivlərin araşdırılması, uzunmüddətli sazişlər və ya spot-sövdələşmələr əsasında, o cümlədən AGRİ layihəsi çərçivəsində maye qazın qəbulu üzrə potensial terminallar da daxil olmaqla, Rumıniya bazarına təbii və maye qaz tədarükü və treydinqi sahəsində əməkdaşlıq imkanlarının birgə öyrənilməsi kimi məsələlər nəzərdə tutulur.

Görüşdə bildirilib ki, memorandumun imzalanması şirkətlər arasında əməkdaşlığı dərinləşdirmək, Cənub-Şərqi Avropa və Balkan regionunun təbii qaz bazarında fəaliyyətləri genişləndirmək imkanı verəcək. Enerji sahəsində, xüsusilə də təbii qazın tədarükü, nəqli, marketinqi və satışı sahələrində birgə fəaliyyətin ölkələr arasında əməkdaşlığın genişlənməsinə əhəmiyyətli töhfə verəcəyinə əminlik ifadə edilib.

1news.az

Paylaş:
665

Son xəbərlər

Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30
Bütün xəbərlər