Dünya bazarlarında neft ucuzlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya bazarlarında neft ucuzlaşıb

10:05 - 19 / 07 / 2016
Dünya bazarlarında neft ucuzlaşıb

Dünya bazarında neftin qiyməti azalıb.

1news.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,24 dollar azalaraq 45,00 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,20 dollar azalaraq 46,76 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,88 dollar və yaxud 1,79% ucuzlaşıb və 48,30 dollara bərabər olub.

1news.az

 

Paylaş:
359

Son xəbərlər

Bütün xəbərlər