Çətənə kolu yetişdirən Ağsu sakini tutulub
Polis əməkdaşları çətənə kolu yetişdirən şəxsi saxlayıblar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abasxanlı kəndi ərazisində rayon sakini Maksim Osmanlının kultivasiya yolu ilə yetişdirdiyi 12 ədəd çətənə kolu, habelə M.Osmanlıdan 3,67 qram çətənə bitkisinin yarpaqları aşkar edilərək götürülmüş və o, tutulub.
1news.az
486