Rövnəq Abdullayev: Türkiyə hökuməti və türk xalqının iradəsinə inamımız sarsılmazdır
“Türkiyə hökumətinə, türk xalqının iradəsinə, iqtisadiyyat və təhlükəsizliyinə inamımız sarsılmazdır”.
1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezienti (SOCAR) Rövnəq Abdullayev bəyan edib.
“Azərbaycan hər zaman Türkiyənin yanındadır”
“Anadolu” agentliyinə müsahibə verən Abdullayev Azərbaycan Prezidenti İlham Əlieyevin Türkiyənin dövlət baçısı Rəcəb Tayyib Ərdoğana ünvanladığı sözləri sitat gətirib:
“Azərbaycan xalqı və dövləti hər zamankı kimi Türk xalqının və dövlətinin yanındadır”.
SOCAR prezidenti Azərbaycanın tarixində də çevrilişə cəhd hallarını xatırladaraq bildirib ki, lakin xalqın ümummili lider Heydər Əliyevin ərtafında toplaşması bunun baş tutmasına imkan verməyib.
“Azərbaycanın uğurlarının əsasını xalq və dövlətin birliyi təşkil edir”, - deyərək o, əminliyi bildirib ki, türk xalqı və dövlətini birliyi, prezident Ərdoğanın ətrafında cəmləşməsi hesabına Türkiyə daha çox uğurlara nail olacaq.
“SOCAR Türkiyədə sərmayə yatırmağa davam edəcək”
Müasir cəmiyyətdə hərbi çevrilişin qəbuledilməzliyini vurğulayan R.Abdullayev qeyd edib ki, bu cür hadisələr yalnız hüquqi dövlət və demokratiya deyil, eyni zamanda ölkənin iqtisadi inkişafına da ciddi ziyan vurur.
SOCAR-ın Türkiyədəki fəaliyyətinə toxunan R.Abdullayev qeyd edib ki, ümumi məbləği 18 milyard dollardan çox olan və Avropanın enerji təminatına yönələn layihələr davam edəcək. Xüsusilə də o, sözlərinə əlavə edərək bildirdi ki, 2018-ci ildə STAR neft emalı zavodu istismara veriləcək, eləcə də, yaxın gələcəkdə isə Egey dənizində iri konteyner limanı da açılacaq.
“Petkim-dəki fəaliyyətimiz Türkiyə və türk iqtisadiyatına etibarımızın simvoludur. SOCAR-ın Türkiyəyə birbaşa və ya dolayısilə 40 min əməkdaşı cəlb edilib. Türkiyə - evimizdir. Biz, əvvəllər olduğu kimi, Türkiyədə sərmaya yatırmağı davam etdirəcəyik”, - R.Abdullayev bəyan edib.
1news.az