Neftin qiyməti ucuzlaşmaqda davam edib
Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edib.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar ucuzlaşaraq 44,24 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,35 dollar azalaraq 45,72 dollar olub.
726