Donald Trampdan Fransaya təhdid
ABŞ-da noyabrda keçiriləcək president seçkilərində Cümhuriyyət Partiyasının namizədi olan Donald Tramp qalmaqallı açıqlamalar verməyə davam edir.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, miqrant axını və “terror təhlükəsi” səbəbi ilə ciddi təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təklif etdiyi ölkələr siyahısına Fransanı da əlavə edib.
Dünən NBC kanalında bir verilişdə danışan Tramp bildirib ki, ABŞ terrorizmin kölgə saldığı Fransaya ciddi yoxlama tətbiq etmək məcburiyyətində qala bilər:
“Bu onların günahıdır. Çünki insanların torpaqlarına gəlib yaşamaqlarına icazə verdilər. Biz də öz şərtlərimizi tətbiq etmək məcburiyyətindəyik. Lazım olan dəlilləri təqdim etməyənləri ölkəyə ala bilmərik”.
Qeyd edək ki, D.Tramp müsəlmanlara qarşı sərt mövqeyi ilə tanınır.
1news.az