Çində pələng insanlara hücum etdi: ölən və yaralanan var – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Çində pələng insanlara hücum etdi: ölən və yaralanan var – VİDEO

14:22 - 25 / 07 / 2016
Çində pələng insanlara hücum etdi: ölən və yaralanan var – VİDEO

Çinin CCTV News telekanalı pələngin Pekinin yaxınlığında yerləşən parkın ziyarətçilərinə hücumunu əks etdirən kadrların görüntüsünü yayımlayıb.

1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bədbəxt hadisə iyulun 23-də “Badalin” parkında qeydə alınıb. Belə ki, təhlükəsizlik qaydalarını pozaraq avtomobildən düşən qadın Amur pələnginin hücumuna məruz qalıb.

Nəticədə bir qadın yerindəcə dünyasını dəyişib, başqa bir qadın isə xəsarətlə canını qurtarıb.

Çin hökuməti insidentin araşdırılması üçün üçün işçi qrupu yaradıb, park isə iki günlük bağlanıb.

1news.az

 

Paylaş:
793

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər