Azərbaycanda bir dərmanın dövlət qeydiyyatı ləğv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bir dərmanın dövlət qeydiyyatı ləğv edilib

17:28 - 25 / 07 / 2016
Azərbaycanda bir dərmanın dövlət qeydiyyatı ləğv edilib

Azərbaycanda bir dərmanın dövlət qeydiyyatı ləğv edilib.

1news.az Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin saytına istinadla verdiyi xəbərə görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 23 iyun 2016-cı il tarixli 159-S nömrəli sərəncamı ilə Macarıstanın “EGİS Pharmaceutical PLC” şirkətinin istehsalı olan “Bioparox” adlı aerozol dərman vasitəsində (Qeydiyyat vəsiqəsi: DV № 15-00640) yüksək risk və ciddi allergik reaksiyalar aşkar olunub.

Bununla əlaqədar həmin dərman vasitəsinin dövlət qeydiyyatı ləğv edilib.

1news.az

Paylaş:
567

Son xəbərlər

Bütün xəbərlər