Şamaxıda gölə balıq tutmağa gedən üç dost boğularaq ölüb
Şamaxı rayonunda üç nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, iyulun 24-də Şamaxı rayonunun Şəhriyar qəsəbə sakinləri Məhəbbət Bəkirov, Taleh Səfərov və Qadir Axundov rayon ərazisindəki göldə balıq tutmaq istəyiblər.
Bu zaman onlardan biri gölə yıxılıb və dostları ona kömək istəyərkən onlar da suya düşüblər və üzə bilmədiklərindən hər üçü boğularaq ölüblər.
Meyitlər sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
1news.az
917