Dünya birjalarında neft ucuzlaşmağa başlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya birjalarında neft ucuzlaşmağa başlayıb

09:20 - 25 / 07 / 2016
Dünya birjalarında neft ucuzlaşmağa başlayıb

London və Nyu-York birjalarında aparılan hərracların nəticəsi göstərir ki, dünya birjalarında neftin qiyməti azalmaqdadır.

1news.az Bloomberg-ə istinadla xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.38% azalaraq 45.69 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0.01%  azalaraq 44.19 dollar təşkil edib.

1news.az

Paylaş:
623

Son xəbərlər

Bütün xəbərlər