Türkiyədə 42 jurnalist tutuldu
Türkiyədə 15 iyul – çevrilişə cəhd hadisəsindən sonra qruplaşmanın lideri Fəthullah Gülənlə əlaqəsi olanların tutulması davam edir.
1news.az Akşam-a istinadən xəbər verir ki, dövlət və özəl qurumlardan sonra, mediada da istintaq başlayıb.
Polisin bu gün səhər saatlarında keçirdiyi əməliyyat zamanı FETÖ qruplaşması ilə əlaqəsi olduğu ehtimal edilən 42 jurnalist saxlanılıb.
Qeyd edək ki, 15 iyul hadisələrindən sonra tutulanların sayı ümumilikdə 13 mindən çox insan tutulub. İstintaq davam edir.
Mövzu ilə əlaqədar:
1news.az
869