Türkiyə ordusundakı qiyamçıların sayı açıqlandı
Türkiyə Silahlı Qüvvələr (TSK) Baş Qərargahı 15 iyul – hərbi çevrilişə cəhd edən qiyamçıların sayı ilə bağlı açıqlama yayıb.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, açıqlamada əsgər geyimli qiyamçıların sayının 8651 nəfər olduğu bildirilib.
Bu rəqəm TSK-dakı əsgərlərin ümumi sayının sadəcə 1,5 faizidir.
Məlumata görə, hərbi çevrilişə cəhd edənlərdən 1214-ü hərbi kursant, 1676-sı əsgər, 5761-i isə zabit olub. 15 iyul günü 3 gəmi, 74-ü tank olmaqla 246-sı zirehli texnika, 3992 ədəd isə silah istifadə edilib.
Qeyd edək ki, hadisələr zamanı 240 nəfər şəhid olub, 1535 nəfər isə yaralanıb. Bu günə qədər FETÖ istintaqı çərçivəsində 14 minə yaxın insan tutulub.
1news.az
456