14 yaşlı azarkeşdən futbolçuya görə aclıq aksiyası - FOTO
14 yaşlı azarkeş ulduz futbolçunun kluba geri qayıtması üçün aclıq aksiyası keçirir.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət “Beşiktaş”ın azarkeşindən gedir.
14 yaşlı uşaq almaniyalı ulduz Mario Qomezin “Beşiktaş”a geri qayıtmasını istəyir. Xatırladaq ki, Qomez, Türkiyədə baş verən 15 iyul hadisələrindən sonra ölkəyə geri qayıtmayacağını açıqlayıb.
Buna görə dərin üzüntü yaşayan bir uşaq, futbolçu geri qayıtmayana qədər aclıq aksiyasına davam edəcəyini yazıb.
Qeyd edək ki, Mario Qomezin “Beşiktaş”la 2+1 illik müqaviləsi var. Oyunçu əgər başqa bir kluba keçmək istəyərsən sadəcə keçmiş klubu “Fiorentina”ya qayıda bilər. Əks halda “Beşiktaş”a pul ödənilməlidir.
1news.az
536