Türkiyə-Suriya sərhədində baş verən partlayışda ölənlərin sayı 50 nəfərə çatıb – FOTO – VİDEO – YENİLƏNİB
Suriyanın şimal-şərqində, Türkiyə ilə sərhəddə yerləşən Qamışlıda minalanmış maşının partlaması nəticəsində həlak olanların sayı 50-yə, yaralananların sayı isə 140 nəfərə çatıb.
Daha əvvəl ölənlərin sayının 32, yaralıların isə 100 olduğu deyilmişdi. Qurbanların sayının artacağı istisna deyil.
Türkiyə KİV-inin yaydığı məlumata görə, yaralanan Mardin sakinləri – 68 yaşlı Mehmet Səid Biçən və 76 yaşlı Nəsrəddin Diqqət xəsətəxanaya yerləşdirilib. güclü partlayış 30-dan çox tikiliyə ziyan vurub.
Minalanmış avtomobil saat 09.30 radələrində şəhərin qərb tərəfində “Demokratik Birlik” Partiyasının (PYD) mənzil qərargahının qarşısında işə düşüb. Bu partiya Türkiyədə terrorçu Fəhlə Kürd Partiyasının (PKK) Suriya qolu hesab edilir.
Türkiyə-Suriya sərhəddə təhlükəsizlik tədbirləri gücləndirilib, rayona əlavə əsgər və polis qüvvələri yerləşdirilib.
1news.az
16:00
Suriyanın Türkiyə ilə sərhədi yaxınlığındakı Haseke vilayətinin Qamışlı rayonunda bomba yüklü avtomobilin partladılması nəticəsində 12 nəfər ölüb, 50 nəfər yaralanıb. Otuzdan çox binaya ciddi ziyan dəyib.
Partlayışın təsirindən Türkiyənin Mardin vilayətindəki Nusaybin şəhərində də iki nəfər xəsarət alıb.
Bomba PKK terror təşkilatının Suriyadakı bölməsi olan PYD-yə aid qərargah binasının yanında işə salınıb.
Partlayış nəticəsində ölənlərin sayının artacağı istisna edilmir. Suriya dövlət televiziyası hadisə nəticəsində 22 nəfərin öldüyünü bildirib.
Anadolu