“Apple” şirkətinin gəlirləri azalıb
Texnologiya nəhəngi Apple, bu ilin aprel - iyun dövründə gəlirlərinin azaldığını açıqlayıb.
1news.az xəbər verir ki, şirkətdən verilən açıqlamada qeyd edilən dövrdə xalis gəlir 7,8 milyard dollar olub.
Bu rəqəm ötən ilin aprel-iyun aylarına nisbətən 27,1 faiz azalıb.
Bununla da, “Apple” şirkətinin gəlirləri bu il ardıcıl ikinci rüblükdə geriləyib. Şirkətin yanvar – mart aylarına olan hesabatında da gəlirlərin azaldığı açıqlanmışdı.
Qeyd edək ki, “Apple” şirkəti bu ilin aprel – iyun aylarındakı iPhone satışı 14,9 faiz azalaraq 40,4 milyon ədəd olub. iPad satışları 8,7 faiz (9,9 milyon ədəd), Mac kompüterlərinin satışı isə 11,4 faiz (4,2 milyon ədəd) azalıb.
Fərid Ədalət
1news.az
886