Bank of Baku öz reytinqini qoruyub saxlamaqdadır! | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank of Baku öz reytinqini qoruyub saxlamaqdadır!

11:30 - 27 / 07 / 2016
Bank of Baku öz reytinqini qoruyub saxlamaqdadır!

“Moody's” beynəlxalq reytinq agentliyi 01 yanvar – 01 iyul 2016-cı il tarixləri arasında Bank of Baku-nun reytinqinin stabil olaraq qaldığını və çətin iqtisadi vəziyyətin fonunda belə Bankın öz mövqeyini qoruyub saxladığını təsdiq edib.

Açıqlamada Bankın kapital adekvatlığı, ehtiyatların yaradılma siyasəti, likvidlik səviyyəsi, eyni zamanda gəlir qazanma qabiliyyəti müsbət qiymətləndirilib.      

Belə ki, Bankın 01 iyul 2016-ci il tarixinə olan maliyyə göstəricilərinə əsasən məcmu kapitalın adekvatlıq əmsalı 19.5% təşkil edir ki, bu da Mərkəzi Bankın təyin etdiyi minimum 10% tələbindən yüksəkdir.

Moody’s agentliyi vurğulayır ki, Bank qeyri-işlək kreditlərə 100%-dən artıq ehtiyat yaradıb, eyni zamanda ehtiyatdan əvvəl gəliri ümumi aktivlərinin 9.3%-ini təşkil edib.

Hesabatda Bankın likvidlik mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığı göstərilib. Mövcud makroiqtisadi vəziyyəti nəzərə alaraq Bank 2015-ci ilin 2-ci rübündən etibarən əməliyyat xərclərinin optimallaşdırılmasına fokuslanıb.

Qeyd olunanları nəzərə alaraq, “Moody’s” reytinq agentliyi bankın reytinqini stabil olaraq B3 səviyyəsində saxlayıb. Agentliyin hesabatı ilə daha ətraflı şəkildə bu linkdən tanış ola bilərsiniz.

Bank of Baku uzun illər ərzində qazandığı müştəri məmnuniyyəti və etibarının, həmçinin bazardakı mövqeyinin qorunub saxlanılaraq daha da gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Paylaş:
605

Son xəbərlər

Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13
Bütün xəbərlər