7 saylı dəniz dəniz özülündə ilk quyu istismara verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

7 saylı dəniz dəniz özülündə ilk quyu istismara verilib

15:17 - 29 / 07 / 2016
7 saylı dəniz dəniz özülündə ilk quyu istismara verilib

“Azneft” İstehsalat Birliyi “Günəşli” yatağının mənimsənilməsini müvəfəqiyyətlə davam etdirir.

1news.az-ın məlumatına görə, yenicə istismara verilmiş 7 saylı dərin dəniz özülündə 316 nömrəli ilk hasilat quyusu qazmadan sonra istismara verilib.

Quyu məhsuldar qatın Fasilə lay dəstəsindən qazlift üsulu ilə mənimsənilərək, süzgəclər açılmaqla 2753-2716 metr intervaldan sutkalıq 80 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 

Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.

1news.az

Paylaş:
500

Son xəbərlər

Bütün xəbərlər