Unibank Mobile-dan yeni imkanlar - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank Mobile-dan yeni imkanlar - FOTO

16:45 - 29 / 07 / 2016
Unibank Mobile-dan yeni imkanlar - FOTO

Unibank müştərilərinin istəyi ilə mobil bankinq xidmətində xeyli yeniliklər edib. 

İndi Unibank Mobile xidmətində əsas ekran daha rahat və xidmətlərə seçim imkanlı olub. Unibank Mobile-dan istifadə edən hər kəs öz smartfonunda daha çox istifadə etdiyi bank xidmətlərini seçərək, əsas ekrana yerləşdirə bilər. Azərbaycan mobil bankçılığında ilk dəfə müştəri menyu bəndlərini əsas ekranda öz istəyinə görə tənzimləyə bilər. Bu, müştərinin bank xidmətinə birbaşa çıxışını təmin etməklə yanaşı, vaxtına da xeyli qənaət edir.

Unibank Mobile-da edilən digər dəyişikliklərə görə, indi siz Unibank-da krediti olan ailə üzvünüzün, dostunuzun kreditini öz telefonunuzdanca ödəyə bilərsiniz. Bunun üçün “Ödənişlər” bölümündə yeni “Kredit ödə” bölümü yaradılıb.  Kreditini ödəmək istədiyiniz şəxsin şəxsiyyət vəsiqəsinin PIN kodunu və müqavilə nömrəsini yazaraq, hesabınızdan onun kreditini ödəyə bilərsiniz.

Daha bir yenilik isə Unibank Mobile-a daxil olduğunuz parolu dəyişmək imkanının yaradılmasıdır. Bunun üçün menyudan “Ayarlar” bölməsinə daxil olub şifrəni dəyişə bilərsiniz.

Son yenilənmələrdən sonra indi Unibank Mobile-da əsas ekranın yüklənməsi, eləcə də əməliyyatlar daha sürətli olub.

Unibank müştərilərinin digər istəklərini də reallaşdırmaq üçün mobil bankinq xidmətini davamlı olaraq təkmilləşdirməkdə davam edəcək. 

Unibank Mobile bank xidmətlərindən banka getmədən elə telefonunuzdaca istifadə imkanı yaratmaqla, istifadəçilərinə böyük hədiyyələr də  qazandırır. Bankın Unibank Mobile əlavəsi istifadəçiləri arasında keçirdiyi lotereyanın şərtlərinə görə, mobil bankinqlə əməliyyat edən müştərilər onlarla dəyərli hədiyyə qazanacaqlar.

Lotereyada oynanılan hədiyyələr:

- İphone 6S 16 GB Space Grey – 2 ədəd

- Dinamik Bose SoundLink Mini Bluetooth II – 2 ədəd

- 100  manatlıq Albukart – 5 ədəd

- 50  manatlıq Albukart – 15 ədəd

Oktyabrın 12-dək davam edəcək lotereyanın 24 qalibi olacaq. Unibank Mobile əlavəsində hər biri minimum 5 AZN olan 3 əməliyyat, iştirakçıya 1 şans qazandırır. Lotereya dövrünə düşən hər təqvim ayı müştəri edəcəyi əməliyyatlardan maksimum 50 şans, yəni ümumi 3 ayda 150 şans toplaya biləcək.

Lotereya müddətində Unibank Mobile əlavəsini yükləyərək 12 iyul -12 oktyabr tarixləri arasında minimum 1 əməliyyat edən müştərilər də böyük hədiyyələr qazanmaq şansı əldə edəcəklər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank - hər kəsin bankı!

# # #

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın (1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 24 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Paylaş:
958

Son xəbərlər

Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13
Bütün xəbərlər